Rusiya rəhbərliyi Baydenin bəyanatına əməl etsə… – Sabiq XİN şefi

“Hesab edirəm ki, bu bəyanat Rusiya tərəfi üçün gözlənilən idi”.


ZaferTv.az xəbər verir ki, Qaynarinfo.aza açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Amerika prezidenti Co Baydenin “Rusiyanı cavab verməyə məcbur edəcəyik” fikrinə münasibətində deyib. Politoloq Rusiyada vəziyyətin dəyişməsinə inanmadığını vurğulayıb:


“Çünki Rusiya rəhbərliyi Baydenin bəyanatına əməl eləsə, bu, rəhbərliyin siyasi nifuzunu tam şəkildə itirməsi demək olacaq. Baydenin bu bəyanatı onu göstərir ki, seçkilərdən əvvəl elan etdiyi kimi, Rusiyaya qarşı siyasətini həyata keçirmək niyyətindədir”.  


Politoloq qeyd edib ki, həm Navalnı, həm də müxalifətə qarşı vəziyyət sakitləşəcək”.


Qeyd edək ki, Amerika prezidenti Co Bayden Rusiyanı cavab verməyə məcbur edəcəklərini bəyan edib. Bayden “Sələfimdən fərqli olaraq, prezident Putinə açıq şəkildə çatdırdım ki, Rusiyanın təcavüzkar hərəkətləri – seçkilərimizə müdaxilə, kiberhücumlar, öz vətəndaşlarının zəhərlənməsi – qarşısında ABŞ-ın susacağı günlər geridə qaldı. Biz tərəddüd etmədən Rusiyanı cavab verməyə məcbur edəcəyik və xalqımızın həyat maraqlarını qoruyacağıq. Navalnının siyasi motivli həbsi və Rusiyanın sərbəst toplaşmaq azadlığını boğmaq cəhdləri bizi və bütün dünya ictimaiyyətini dərindən narahat edən məsələdir. O, dərhal və qeyd-şərtsiz sərbəst buraxılmalıdır”, – deyə bildirib.