Serbiya Prezidentinə sui-qəsd hazırlanıb

Serbiya Prezidenti Aleksandr Vuçiçə sui-qəsd hazırlanıb.

ZaferTv.az APA-ya istinadən bildirir ki, bu barədə Serbiyanın Cinayət Polis İdarəsinin rəisi Boqdan Puşiç “Pink” telekanalının efirində bildirib.

Onun sözlərinə görə, serb dövlətinin banisi Stefan Nemanın abidəsinin açılışı zamanı A. Vuçiçə sui-qəsd ola bilərdi: “Prezidentin təhlükəsizliyini təmin etmək üçün 859-dan çox xüsusi təyinatlı Stefan Nemanın abidəsinin açılışına cəlb olunub. Belə ki, informasiyalar sui-qəsd cəhdi olacağına işarə edirdi”.

Serbiyanın daxili işlər naziri Aleksandr Vulin daha əvvəl açıqlamasında ələ keçirilən böyük snayper qruplaşmasının sui-qəsd üçün təşkil olunduğunu bildirib.

Qeyd edək ki, A. Vuçiç Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Milorad Dodiklə yanvarın 27-də serb dövlətinin qurucusu Stefan Nemanın abidəsinin açılışını edib.

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support