SON DƏQİQƏ! Məşhur generallar işdən çıxarıldı – ƏMR

Azərbaycan Ordusunun birlik komandirləri general-leytenant Rövşən Əkbərov və general-mayor Xəqani Cəbrayılov vəzifələrindən azad ediliblər.

APA-nın məlumatına görə, bu barədə Müdafiə naziri, general-polkovnik Zakir Həsənov əmr imzalayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.

Nazirlikdən bildirilib ki, hər iki general ehtiyata buraxılıb.