Sumqayıtda sanatoriyada güclü yanğın: ölən var

Sumqayıtda məcburi köçkünlərin məskunlaşdığı “Şəfa” sanatoriyasında yanğın baş verib.

ZaferTv.az APA-ya istinadən bildirir ki, yanğın sanatoriya binasındakı mənzillərin birində meydana gəlib. Dərhal əraziyə yanğınsöndürənlər cəlb olunub və alovun digər ərazilərə keçməsinin qarşısı alınıb.

Yanğın zamanı binada olan məcburi köçkünlər təhlükəsiz əraziyə təxliyə edilib.

Hadisə nəticəsində yanıq xəsarətləri alan, sakin, 1972-ci il təvəllüdlü Əhmədov Məzahir Nuşirəvan oğlunu xilas etmək mümkün olmayıb.

Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support