Türkiyədə 2.44 milyondan çox insan COVID-19-dan müalicə alaraq sağalıb

Türkiyədə bu günə qədər koronavirusa yoluxan xəstələrdən 2.440.706-sı sağalıb. 

ZaferTv.az xəbər verir ki, bu barədə Türkiyə Səhiyyə nazirliyi açıqlama yayıb.

Nazirliyin verdiyi məlumata görə, son sutkada ölkədə koronavirusdan (COVID-19) 110 ölüm halı qeydə alınıb, ölənlərin ümumi sayı 26 797 nəfərə çatıb.

Məlumata görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 2 531 456 nəfərdir.

Nazirliyin məlumatında qeyd edilir ki, son sutkada COVID-19-un aşkar edilməsi üçün 129 715 test aparılıb.