Türkiyədə bu günə qədər koronavirusa yoluxan xəstələrdən 2.440.706-sı sağalıb.
ZaferTv.az xəbər verir ki, bu barədə Türkiyə Səhiyyə nazirliyi açıqlama yayıb.
Nazirliyin verdiyi məlumata görə, son sutkada ölkədə koronavirusdan (COVID-19) 110 ölüm halı qeydə alınıb, ölənlərin ümumi sayı 26 797 nəfərə çatıb.
Məlumata görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 2 531 456 nəfərdir.
Nazirliyin məlumatında qeyd edilir ki, son sutkada COVID-19-un aşkar edilməsi üçün 129 715 test aparılıb.