Vilayət Eyvazovdan yeni təyinat

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.


ZaferTv.az Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.


Nazirin əmrinə əsasən, polkovnik-leytenant Zahir İsmayılov Suraxanı Rayon Polis İdarəsinin Tədqiqat şöbəsinə rəis təyin olunub. 
Bu təyinata qədər Z.İsmayılov Quba Rayon Polis Şöbəsinin İstintaq Bölməsinin rəisi vəzifəsində çalışıb.