Zabit Səmədov Burakı Ramzan Kadırovla görüşdürdü – VİDEO

Çeçenistanın lideri Ramzan Kadırov azərbaycanlı idmançı Zabit Səmədov və Türkiyənin məşhur aktyoru Burak Özçivitlə bir araya gəlib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, görüş paytaxt Qroznı şəhərində baş tutub. Kadırov onlar üçün böyük ziyafət təşkil edib.

Əyləncədən çəkilən görüntülər sosial şəbəkələrdə paylaşılıb. Videoda Zabit və Burakın rol aldığı “Kurtuluş Osman” serialının yaradıcı heyətinin də yer aldığı məlum olub.

Qeyd edək ki, Z. Səmədov Türkiyənin ATV kanalında yayımlanan  sözügedən serialın 35-ci bölümündə tamaşaçı qarşısına çıxıb. O, “Gəncəbəy” obrazını canlandırır.

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support