1 ton qarğıdalı oğurlayan şəxslər saxlanıldı – FOTO

Qax Rayon Polis Şöbəsinə şəhər ərazisində yerləşən taxıl anbarından 1 tona yaxın qarğıdalının naməlum şəxslər tərəfindən oğurlanması barədə müraciət daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan ZaferTv.az-a verilən məlumata görə, daxil olmuş müraciət əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən üç nəfər – Cəbrayıl rayon sakini Zaur Heydərov, Qax rayon sakinləri Elşən Əfəndiyev və Madonna Kuloşvili saxlanılıb.

Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxslər oğurladıqları qarğıdalını Elşən Əfəndiyevin yaşadığı ünvanda həyətyanı sahədəki tikilidə gizlədiblər və bir müddət keçdikdən sonra satmaq niyyətində olublar. Polis əməkdaşları tərəfindən keçirilən operativ tədbirlərlə qarğıdalı kisələri də gizlətdikləri yerdən götürülərək istintaqa təqdim edilib.

Faktla bağlı Qax Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, həmin şəxslərin digər cinayət əməllərində iştiraklarının olub-olmaması araşdırılır.

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support