Azərbaycanda yüksək vəzifəyə YENİ TƏYİNAT – FOTO

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-yə yeni rəhbər təyin olunub. 

ZaferTv.az xəbər verir ki, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevin əmri ilə Tağı Tağızadə “AzInTelecom” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktor müavini, direktor vəzifəsini müvəqqəti icra edən təyin edilib.


Qeyd edək ki, Tağı Tağızadə daha öncə Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən İnnovasiyalar Mərkəzinin direktoru vəzifəsində çalışıb.

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support