Bakıda evdə yanğın olub, ölən var

Bakıda fərdi yaşayış evində yanğın hadisəsi olub.

Bu barədə ZaferTv.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.- Advertisement –

FHN-in “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Balaxan Süleymanov küçəsi ünvanında fərdi evdə yanğın olması barədə məlumat daxil olub.

FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir, yanğının genişlənməsinin qarşısını almaq üçün təcili və təxirəsalınmaz tədbirlər görülür.

İlkin məlumata əsasən, yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti aşkarlanıb.

Əlavə məlumat veriləcək.

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support