Bakıda şirkət əməkdaşları karantinin yumşaldılmasını qeyd etdilər – VİDEO

Bakıda restoranların birində toy məclisinin keçirilməsi barədə sosial şəbəkələrdə videogörüntü yayılıb.

ZaferTv.az qafqazinfo-ya istinadən xəbər verir ki, araşdırma zamanı müəyyən edilib ki, qeyd edilən görüntülər toydan deyil. Həmin şəxslər karantin rejiminin yumşaldılmasını qeyd etmək üçün məclis təşkil ediblər.

Belə ki, fevralın 2-də Nizami rayonunda yerləşən “Muğam Ocağı” restoranında “Soel” parfum şirkətinin 14 əməkdaşı xüsusi karantin rejimi qaydalarının yumşaldılması ilə bağlı məclis təşkil ediblər.

Hazırda məsələ ilə bağlı araşdırma aparılır.