ÇL-də daha bir oyunun yeri dəyişdirildi

UEFA Çempionlar Liqasının 1/8 finalında keçiriləcək “Borussiya” (Münhenqladbax) – “Mançester Siti” matçının yerini dəyişdirib.

ZaferTv.az qol.az-a istinadən xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb. Qarşılaşmanın Macarıstanın paytaxtı Budapeştdəki “Puskas Arena”da oynanılacağı bildirilib.

Belə qərar verilməsinə Almaniya İngiltərə arasında koronavirus səbəbindən təyyarə uçuşlarını dayandırması səbəb olub.

Qeyd edək ki, sözügedən matç fevralın 24-də Bakı vaxtı ilə 00:00-da başlayacaq.

Xatırladaq ki, bundan əvvəl eyni səbəbdən Leypsiq” – “Liverpul” oyununun Macarıstan paytaxtı Budapeşt,  “Atletiko” – “Çelsi” görüşünün  Rumıniyanın paytaxtı Buxarestdə keçirilməsinə qərar verilib.

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support