“Göydən endirilən” daş niyə yoxa çıxdı? – Bu qəsəbədə müəmmalı olaylar baş verir – VİDEO – FOTO

Türkiyənin Şanlıurfa vilayətinin Göbeklitepe adlanan hissəsində müəmmalı olaylar yaşanmaqdadır.

ZaferTv.az Milli.Az-a istinadla bildirir ki, bir neçə gün əvvəl ərazidə “peyda olan” monolit bu gün səhər “yoxa çıxıb”. Göbəklitəpədə torpağa sancılmış halda tapılan iri metalın oraya necə gətirilməsi və ya necə yoxa çıxması barədə heç bir məlumat yoxdur.

Üzərində Göktürk əlifbasıyla “səmaya bax, ayı gör” yazılan monolit bu gün səhər saatlarında yoxa çıxıb. Lakin yerli sakinlər onun necə götürülməsi barədə məlumatsızdırlar.

Bəziləri bunun film çəkilişi üçün qoyulub götürüldüyünü, bəziləri isə oğurlandığını düşünür.

Qeyd edək ki, keçən il reytinqləri alt üst edən “Atiye” serialı Göbeklitepede çəkilib və ekran işində həmin ərazinin “sehrli” olduğu qeyd edilib.

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support