İranda gün ərzində koronavirusdan 89 nəfər ölüb

İranda ötən sutka ərzində 89 nəfər koronavirusdan (COVID-19) ölüb.

ZaferTv.az Trend-ə istinadən bildirir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 58 625 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 7 640 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 1 481 396 nəfərə çatıb. Virus daşıyıcılarından 3 762 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Sadat Lari qeyd edib ki, İranda indiyədək 1 266 518 nəfər koronavirusdan sağalıb, 9,77 milyondan çox diaqnoz testi həyata keçirilib.

İranın rayonları koronavirusa yoluxmada 36 rayon narıncı, 178 rayon sarı, 234 rayon isə mavi zona hesab olunur.

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support