Mahir Qabiloğlu “Space” TV-nin rəhbərliyinə GƏTİRİLİR…

Kinorejissor Vaqif Mustafayevin “Space” TV-nin rəhbərliyindən uzaqlaşdırılmasından sonra bu telekanalın baş direktoru vəzifəsinə bir neçə namizədin adı hallandırılır.

“Space”dəki mənbədən Modern.az-a daxil olan məlumata görə, telekanalın rəhbərliyinə əsas namizədlərdən biri də yazıçı-jurnalist Mahir Qabiloğludur.

Bildirilir ki, M.Qabiloğlunun televiziya təcrübəsi, mərhum Heydər Əliyevin dostu, şair Qabilin oğlu olması, eyni zamanda “Space”in qurucusu Sevil Əliyevanın onu şəxsən tanıması yazıçı-jurnalistin şansını digər namizədlərdən daha üstün edir.

Mahir Qabiloğlu yazıçı-jurnalist olaraq iqtidaryönlü şəxs kimi tanınır. O, 7 il AzTV-nin “Xəbərlər” redaksiyasında müxbir, redaktor vəzifələrində işləyib, daha sonra bir müddət “Space” televiziyasının “Hər gün” İnformasiya Proqramında redaktor, baş redaktorun müavini postunda çalışıb. Bundan başqa, bir neçə il Prezident Administrasiyasının kurasiyasında olan “Xalq qəzeti”ndə Redaksiya Heyətinin üzvü və İnformasiya şöbəsinin müdiri vəzifələrində fəaliyyət göstərib.

M.Qabiloğlu 2016-cı ildə ölkə Prezidentinin qızı Leyla Əliyevanın şeirlərini ruscadan Azərbaycan dilinə tərcümə edərək, “Poeziya” adlı kitab da nəşr etdirib. Yazıçı-jurnalist kimi 10-dan çox kitabın müəl

lifidir. M.Qabiloğlu hazırda sərbəst yaradıcılıqla məşğuldur. Müxtəlif qəzet, jurnal və saytlarda bədii, publisistik yazıları və tərcümələri yayımlanır.

Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçılar Birliyinın üzvüdür.

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support