Müharibədə özüyeriyən və reaktiv qurğular Şuşaya hansı formada çıxarılıb? – General açıqladı

“Şuşa şəhərinin işğaldan azad olunmasına və qələbəyə aparan çətin ərazidən və düşmənin gözləmədiyi istiqamətdən, mühəndis qoşunları tərəfindən çəkilən dar, təhlükəli və keçilməsinə böyük peşəkarlıq tələb edən dağ-meşə yolundan müvəffəqiyyətlə keçən özüyeriyən və reaktiv qurğular, yerinə yetirdiyi fasiləsiz, dəqiq və sərrast atəş tapşırıqları ilə hücum edən bölmələrimizin atəş dəstəyini təmin etmişdi”.


ZaferTv.az “Report”a istinadən xəbər verir ki, bunu Azərbaycan Ordusunun Raket və Artilleriya Qoşunlarının komandanı, general-mayor Ağamir Sultanov jurnalistlərə açıqlamasında deyib.


Onun sözlərinə görə, əməliyyat taktiki raket və reaktiv artilleriya divizionları kimi uzaqmənzilli raket sistemlərinin dəqiq atışları ilə düşmənin əməliyyat planları pozuldu və məğlubiyyətinə səbəb oldu.


General-mayor bildirib ki, artilleriya bölmələrimizin düşmən üzərinə yeridiyi kütləvi atəş zərbəsi ilə onun dərinlikdə yerləşən bölmələrini canlı qüvvə və texnika baxımından böyük itkilərə uğradaraq şok təsiri yaratmışdı: “Ötən ilin sentyabrın 27-də düşmənin növbəti təxribatının qarşısının almaq və işğal altında olan əraziləri azad etmək məqsədilə Azərbaycanın Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu genişmiqyaslı əks hücum əməliyyatına başladı. Döyüşə girən artilleriya bölmələrimizin düşmən üzərinə yeridiyi kütləvi atəş zərbəsi ilə onun dərinlikdə yerləşən bölmələrini canlı qüvvə və texnika baxımından böyük itkilərə uğradaraq şok təsiri yaratmışdı”.


“Düşmənin hava hücumundan müdafiə və radioelektron mübarizə vasitələrini sıradan çıxardaraq, havada üstünlüyümüzü təmin etdik. Döyüşün ilk günü kütləvi atəş zərbəsində artilleriya bölmələri tərəfindən düşmənin 500-ə qədər hədəfi məhv edilib. ”, – o vurğulayıb.


Ağamir Sultanov qeyd edib ki, müharibə zamanı müasir universal radiolokasiya komplekslərinin tətbiqi ilə düşmənin atəş açan raket və artilleriya vasitələri aşkar olunaraq dərhal cavab atəşi ilə susdurulub, məhv edilib və ya yerdəyişməyə məcbur edilib: “Vətən müharibəsində təkcə artilleriya qoşunları tərəfindən düşmənin 380-dən çox artilleriya vasitəsi məhv edilib”.


Onun sözlərinə görə, Azərbaycanın itkiləri düşməndən iki dəfə az olub: “Çox təəssüf ki, qələbə itkisiz əldə olunmur. Mən şəhidlərimizə Hamısıahdan rəhmət, yaralılarımıza şəfa diləyirəm. Onu da xüsusi qeyd edim ki, bizim hücuma keçən tərəf kimi, itkimiz müdafiə olunan düşməndən iki dəfə azdır. Yəni, düşmənin itkiləri bizimlə müqayisədə iki dəfədən çoxdur”.

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support