Qazi ailəsi üçün özünüməşğulluq proqramı əsasında təsərrüfat yaradılır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları Vətən müharibəsində şərəfli döyüş yolu keçmiş Hamısıahverdiyev Azad Səxavət oğlunun ailəsini (Füzuli rayonu) ziyarət edib, sosial vəziyyətini öyrəniblər.

Nazirlikdən ZaferTv.az-a verilən məlumata görə, Azad özü hazırda müddətdən artıq hərbi xidmətçi kimi çalışır.

Anası da daimi əmək müqaviləsi əsasında işləyir, qardaşı isə məktəblidir. Qazimizin həyat yoldaşı və iki azyaşlı övladı var.

İstəkləri nəzərə alınmaqla ailə üçün özünüməşğulluq proqramı çərçivəsində ailə təsərrüfatı yaradılması qərara alınıb. Bunun üçün yaxın vaxtlarda onlara aktivlər veriləcək.

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support