“35 yaşdan yuxarı bütün yaxşı kişiləri qadınlar ələ keçiriblər” – 500 sevgili dəyişən aktrisa – FOTO

38 yaşlı aktrisa qalmaqallı açıqlaması ilə gündəm olub.

Zafer TV Milli.Az-a istinadla bildirir ki, model və aktrisa Kim-Anh Le-Pham bu yaşa qədər subay qalmasının səbəbini açıqlayıb.

“35 yaşdan yuxarı bütün yaxşı kişilər “ələ keçirilib””, deyən aktrisa əks cinsdən gileylənib. Uzun müddətdir tənha olduğunu bildirən model 500-dən çox sevgilisi olduğunu qeyd edib.

O, bu qədər kişiylə münasibət yaşamasını doğru insan axtarmaqla əlaqələndirsə də, onun hərəkəti kəskin şəkildə tənqid edilib.

Həmçinin, model bildirib ki, 35 yaşdan yuxarı bütün yaxşı kişilərin normal münasibəti var, münasibəti olmayanlar isə baxımsız, qarınlı və kobud olan kişilərdir.

Modelin dediyinə görə, onunla yaxınlıq edən kişilər bir neçə gün sonra “yoxa çıxırlar”.

Qeyd edək ki, o, “Interceptor” (2015), “Enterprice” (2017) və “Jingju on Sea” (2014) filmlərinə çəkilib.