900 MİLYON manatlıq TUNEL tikən şirkətin saytı “saxta” çıxdı

Cəmiyyətdə geniş müzakirələrə səbəb olan Gənclikdə 528 milyon dollara (indiki kurs ilə 900 milyon manat) tikilmiş körpünü inşa edən Venesia Dizayn şirkətinin saytının əldəqayırma olduğu üzə çıxıb. 

Qeyd edək ki, bir neçə gün əvvəl Gənclikdəki tuneli tikən İtalian Dizayn şirkətinin CEO-su Franko Rizzato qəfildən öz feysbuk hesabından 2013-cü ildə layihələndirdiyi tunelin manat və dollar ilə qiymətlərini yazıb. Məlumat sosial şəbəkədə ildırım sürəti ilə yayılıb və geniş rezonans doğurub. İlkin olaraq 512 milyon dollara tikildiyi deyilən tunelə indi məlum olub ki, əslində o dövrün məzənnəsi ilə 528 milyon dollar xərclənib. 

Şirkətin saytında Birləşmi Ərəb əmirliklərində bina alqı satqısı ilə məşğul olduğu deyilsə də, əslində saytda əlaqə nömrəsi kimi sadəcə Azercell nömrəsi qoyulub.

No photo description available.

Bundan başqa qəribədir ki, milyardlıq tenderlər udan tikinti şirkətinin saytında mebel və dekorativ bitki satışı elanı da yerləşdirilib.

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support