ABŞ Arktikada möhkəmlənmək istəyir: Strateji bombardmançılar ilk dəfə Norveçə göndərildi

ABŞ Hərbi Hava Qüvvələri ilk dəfə Norveçə B-1 bombardmançı təyyarələrini göndərib.

İddiaya görə, bu addım amerikalı hərbçilərin strateji əhəmiyyətli Arktika regionunda möhkəmlənmək istədiyini göstərir.

Bu barədə “CTV News” məlumat yayıb.

Qeyd olunur ki, ABŞ-ın dörd ədəd B-1 bombardmançı təyyarəsi və təxminən 200 hərbi qulluqçusu artıq Norveçdəki Orland aviabazasına göndərilib.

Yaxın üç həftə ərzində təyyarələr qütb dairəsi yaxınlığında uçuşlar keçirməyi planlaşdırır. (oxu.az)

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support