Azərbaycandan sərt tələb: Buna son qoyun! – XANKƏNDİYƏ GEDİŞ-GƏLİŞ

“Rusiya Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyi üçün Qarabağ ermənilərə təzyiq və təsir vasitəsidir. Bu səbəbdən Rusiya sülhməramlıları terrorçu xuntanın bayraq adlandırdığı əsgi parçasının nümayiş etdirməsinə mane olmurlar. Azərbaycan özbaşnalıqlara etirazını sərt şəkildə bildirir, bu prosesə son qoymağı tələb edir”. 

Zafer Tv Redaktor.az-a istinadən xəbər verir ki, bu sözləri politoloq Elçin Alıoğlu bildirib. O qeyd edib ki, Dağlıq Qarabağda Rusiya sülhməramlılarının nəzarət etdiyi bölgələrdə icazələrin verilməsi proseduru yoxdur:

“Rusiyanın Qarabağa yeritdiyi 15-ci sülhməramlı briqadanın özünün fəaliyyət mexanizmi ilk dəfə Suriyada yoxlanılıb. Səlahiyyətlərindən kənara çıxan bu qrupun fəaliyyəti dəqiq olaraq təsbitlənməyib. Onlar istəyirlər ki, münaqişə sona çatmasın. Problem sona qədər həll olunsa onlara ehtiyac qalmaya bilər. Bu səbəbdən ora gələn siyasətçilərə “dayan” demirlər”.