Daha bir prospektdə avtobus zolağı çəkilir – FOTO

Paytaxtın küçə və prospektlərində avtobus zolaqlarının təşkili işləri davam etdirilir.

Bakı Nəqliyyat Agentliyindən ZaferTv.az-a verilən məlumata görə, bu çərçivədə M.K.Atatürk prospektində üzrə üfüqi nişanlanma xətlərinin çəkilməsinə başlanılıb.

Avtobsu zolağı prospektin daha çox sıxlıq halları və ləngimələr müşahidə olunan istiqamətində Əlövsət Əbdülrəhimov küçəsilə kəsişməsindən Səttar Bəhlulzadə küçəsilə kəsişməsinədək olan hissəsində təşkil olunacaq.

Prospektin qeyd olunan hissəsindən 15 marşrut xətti üzrə 231 avtobus keçir. Gündəlik olaraq bu avtobuslardan 140.000 nəfərə yaxın sərnişin istifadə edir. Lakin bu istiqamətdə yolda müşahidə olunan nəqliyyat sıxlığı avtobusların hərəkət qrafikinin 15-20 dəqiqə bəzən isə daha uzun müddətə gecikməsinə səbəb olur. Nəticədə avtobsularda və prospekt boyunca dayanacaqlarda sərnişin sıxlıqları yaranır, sərnişinlərin səyahət müddəti lüzumsüz yerə artır.

Zolağın təşkili ilə isə pik saatlarda avtobuslararası interval stabilləşəcək, orta hərəkət sürəti artacaq, sərnişinlərin səfər müddəti isə 20 dəqiqədən 4 dəqiqəyədək azalacaq.

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support