Fevral və martda koronavirusa yoluxma KƏSKİN ARTACAQ? – EKSPERT AÇIQLADI

Hepatoloq, infeksionist Azər Nağıyev hesab edir ki, vaksinasiya virusun nəzarət altına alınmasına ciddi şəkildə təsir edəcək.

Zafer Tv həkimlə müsahibəni təqdim edir:

Azər doktor, vaksinasiyanın gedişatını necə qiymətləndirirsiniz, ümumilikdə müsbət nəticələri nə zaman özünü göstərməyə başlayacaq?

– Vaksinasiya əvvəlcədən planlaşdırılmış qaydada həyata keçirilir. Bu gündən etibarən 50-65-dən yuxarı yaş qrupları, eyni zamanda xroniki xəstəlikləri olan insanların peyvəndlənməsinə başlanılıb. Tibb işçilərinin peyvəndlənməsi demək olar ki, başa çatıb, növbəti mərhələlərdə planlaşdırılmış qayda üzrə digər kateqoriyaların peyvəndlənməsi nəzərdə tutulub.

Vaksinasiyanın müsbət nəticələri haqqında danışmaq üçün hələ tezdir. O məlumdur ki, ikinci dozadan sonra qanda kifayət qədər antiller yaranmağa başlayacaq.

– Əhalinin böyük hissəsinin peyvənd olunduqdan sonra bizi nə gözləyir?

– Vaksinasiyanın əsas hədəfi odur ki, pandemiyanın gücü zəiflədilsin. COVID-19-a qarşı immunitet qazanılması iki şəkildə baş verir. Xəstəliyi keçirənlərdə immunitet təbii şəkildə yaranır, peyvənd isə süni şəkildə əmələ gətirir. Əhalinin təxminən 50-60 faizində immunitet yarandıqdan sonra virusu nəzarət altına alına bilər. Pandemiya sakitləşsə də, xəstələnmə halları bir neçə il davam edəcək. Peyvənd xəstəliyin tamamilə aradan qalxmasına zəmanət vermir. Görünən odur ki, pandemiyanın gücü zəifləyəcək və mövsümi qrip kimi qalacaq.

– Karantin qaydalarının yumşaldılması yoluxma sayının yenidən artmasına səbəb olacaqmı? Mart və fevral aylarında pik həddə çata bilərmi?

– Bu, özümüzdən asılıdır. Əgər insanlar karantin tədbirlərinə əməl etsə, nə fevral, nə də mart ayında yoluxma sayında ciddi artım baş verməyəcək. Hesab edirəm ki, görülən əks-epidemik tədbirlər və vaksinasiya öz müsbət nəticəsini verəcək. (publika.az)

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support