Gəncədə zəncirvari qəza olub, xəsarət alanlar var – FOTO

Gəncədə yol nəqliyyat hadisəsi baş verib.

Zafer TV APA-ya istinadən bildirir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, “Kamaro” , “VAZ 2106” minik avtomobilləri və “Hyundai” markalı sərnişin avtobusu toqquşub.

Nəticədə “VAZ 2106” avtomobilində olan 2 nəfər yüngül xəsarət alıb. Yaralılar təcili tibbi yardım avtomobili ilə xəstəxanaya yerləşdirilib.

Hadisə yeirnə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.