Hər 5 insandan 1-i bu səbəbdən ölür – Görünməyən təhlükə

Dünyada hər 5 insandan 1-i fosil yanacağından qaynaqlanan hava çirkliliyi səbəbilə dünyasını dəyişib.

Zafer Tv xəbər verir ki, bu, Harvard Universitetinin apardığı araşdırma nəticəsində məlum olub.

Birminqem, London İmperial Kolleci və Lester universitetləri ilə birlikdə aparılan “Fosil yanacaqların yanmasından yaranan xarici hissəciklərin çirklənməsindən doğan qlobal ölüm nisbəti” araşdırmasına görə, 2018-ci ildə bu səbəbdən dünyada 8 milyondan artıq ölüm gerçəkləşib.

Buna əsasən, kömür və dizel kimi yanacaqların istifadəsi nəticəsində ortaya çıxan hava çirkliliyinin ən kəskin olduğu ərazilər Şimali Amerikanın şərqi, Avropa və Cənub-Şərqi Asiyadır.

Araşdırmaçıların tapıntılarına əsasən, 2012-ci ildə yanacaq emissiyaları səbəbilə reallaşan ölümlər bütün ölümlərin 21,5 faizini təşkil edib. (publika.az)