Mətanətin gəlini qızının işgəncəyə məruz qaldığını iddia edir – FOTO

Əməkdar artist Mətanət İsgəndərlinin gəlini Canan qızının atası tərəfindən işgəncələrə məruz qaldığını iddia edib.

ZaferTv.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, övladının işgəncə gördüyünü əks etdirən fotoları öz instaqram hesabında paylaşıb.

“Mətanət İsgəndərli həmişə sevgidən, uşaqlara nəvazişdən danışır. Oğlunun illərlə övladlarına etdiyi şiddətdən danışmır. O şiddəti mənə də dəfələrlə göstərib. Son etdiyi işgəncəsindən sonra gözlərim görmür. Bunu Mətanət İsgəndərliyə deyəndə, cavabı, bilirsiniz, nə olub? Əcəb edib!”, – deyə Canan bildirib.

Qeyd edək ki, Əməkdar artistin oğlu Kərimlə xanımı Canan ötən il ayrılıb. Cütlüyün bu nikahdan üç övladı var.

Xatırladaq ki, Canan boşandıqdan sonra qızının adını dəyişdirib. O, qızına qoyulan Mətanət adını Elayla əvəzləyib.

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support