Pənah Məmmədov vəfat etdi

Göygöl rayon (keçmiş Xanlar rayonu) İcra hakimiyyətinin sabiq başçısı Pənah Məmmədov vəfat edib.

Zafer Tv Pravda.az-a istinadən xəbər verir ki, o, 62 yaşında ürəktutmadan dünyasını dəyişib.

P.Məmmədov yaşadığı Gəncə şəhərindəki qəbiristanlıqda dəfn olunub.

Qeyd edək ki, Pənah Mustafa oğlu Məmmədov 1992-1993-cü illərdə Göygöl rayonu İcra hakimiyyətinin başçısı olub.

Allah rəhmət eləsin!