Rusiya “Uran-6”ları Xocavəndə göndərir: 2 mindən çox…

Rusiya Müdafiə Nazirliyinin Beynəlxalq Ərazilərinin Minalardan Təmizlənməsi Mərkəzinin mütəxəssisləri Dağlıq Qarabağın Xocavənd ərazisini minalardan təmizləməyə davam edir.

Zafer Tv Correct.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, sülhməramlılar mina axtarışı və yaşayış məntəqələrinin kənar hissələrinin təmizlənməsi zamanı zərərsizləşdirmə işləri yerinə yetirərkən hərbi qulluqçuların təhlükəsizliyini təmin etməyə və ərazini istənilən şəraitdə yüksək səviyyədə təmizləməyə imkan verən müasir “Uran-6” robot sistemlərindən istifadə edir.

“23 noyabr 2020-ci il tarixindən etibarən aparılan əməliyyatlar zamanı Rusiya sülhməramlı qüvvələrinin mühəndis bölmələri 1191,3 hektar ərazini, 350 km-dən çox yolu, 1170 yaşayış binasını, o cümlədən 29 sosial əhəmiyyətli obyekti, təxminən, 2 mindən çox partlamamış hərbi sursatdan təmizləyib”, – açıqlamada ​​deyilir.

Aşkarlanmış partlayıcı obyektlər və partlamamış döyüş sursatları xüsusi təchiz edilmiş poliqona çıxarılır və məhv edilir. Evakuasiya edilə bilməyən sursatlar partlayış əməliyyatları üçün lazımi bütün təhlükəsizlik tədbirləri ilə yerində məhv edilir.

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support