Soydaşımızın Amerikan şirkəti Azərbaycandakı nümayəndəliyini ləğv etdi

“America İdream MMC” şirkətinin Azərbaycandakı nümayəndəliyi ləğv olunduğunu elan edib. 


Zafer Tv Qaynarinfo.az-a istinadən xəbər verir ki, elanda kreditorlara iki ay ərzində tələblərini AZ 1015 Bakı şəhəri, Nizami rayonu, Səməd Bəy Mehmandarov küçəsi, ev 84, mənzil 106 ünvanına bildirməyi istənilib.  


2019-cu ilin iyun ayının 25-də yaradılan nümayəndəliyin qanunu nümayəndəsi Emil Nadirli Elman oğludur. 


Qeyd edək ki, ötən ilin avqust ayında xarici şirkətin Azərbaycandakı filialı ləğv edilmişdi. 

Xaricdə təhsillə məşğul olan “America IDream” şirkətinin baş ofisi Nyu Yorkun “Wall Street” küçəsində yerləşir. Şirkətin yaradıcısı Nigar Əliyevadır.

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support