Türkiyə MN-dən Qarsdakı ortaq hərbi təlimlərlə bağlı PAYLAŞIM

Türkiyənin Qars vilayətində davam edən “Qış-2021: Türkiyə-Azərbaycan Birgə Taktiki Təlimləri” çərçivəsində sabah Müşahidəçi günü olacaq.

ZaferTv.az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi öz “Twitter” səhifəsində yazıb.

Qeyd olunub ki, təlimləri müşahidə edəcək mətbuat nümayəndələri Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus təyyarə ilə Ankaradan Qarsa yola salınıb.