Vaqif Mustafayevdən sonra bu veriliş də bağlandı

Space Televiziyasının sabiq rəhbəri, kinorejissor Vaqif Mustafayevin daha bir layihəsinin yayımı dayandırılıb.

Zafer Tv Unikal.org-a istinadən xəbər verir ki, V.Mustafayevin müəllifi olduğu “Sadə Həqiqətlər” verilişi Space kanalında yayımlanmayacaq. Kinorejissorun son verilişinin qonağı millət vəkili Fazil Mustafa olub. V.Mustafayevin Space Televiziyasının rəhbəri vəzifəsindən azad olunmasından sonra çəkilən həmin veriliş də efirə verilməyib.

Qeyd edək ki, “Sadə Həqiqətlər” verilişi hər həftənin cümə günü saat 22:00-da Space Televiziyasında yayımlanırdı.
Bundan öncə isə “Space” televiziyasının efirində nümayiş olunan və yayımı qalmaqallara səbəb olan “Amaci” (“Bu zalım dünyada doğulma”) serialının yayımı dayandırılıb.