Abxaziyanı Ermənistana “birləşdirmək”… – Gürcü ekspert

Qriqoryanın bu bəyanatına ermənilər özü cavab verməlidir.

Zafer Tv Axar.az-a itsinadən xəbər verir ki, bu sözləri gürcü ekspert Gela Vasadze erməni diasporunun Rusiyadakı nümayəndəsi Norayr Qriqoryanın səsləndirdiyi iddialara cavab verərkən deyib.

Onun sözlərinə görə, bu açıq-aydın təxribatdır:

“Bu, yumşaq desək, bir qədər “qəribə” bəyanatdır. Cənab Qriqoryanın kimi təmsil etdiyini və kimisə ümumiyyətlə təmsil edib-etmədiyini bilmirəm, lakin əgər bu cür bəyanatların meydana gəlməsinin səbəbi kimi ruhi sağlamlıq problemini istisna etsək, ağla gələn yeganə məsələ təxribatdır. Bu təxribat, ilk növbədə, Abxaziyada yaşayan ermənilərə qarşı yönəlib. Düşünürəm ki, bu halda Qriqoryana elə onların özləri cavab verməlidir”.

Xatırladaq ki, erməni diasporunun Rusiyadakı nümayəndəsi Norayr Qriqoryanın paytaxtı Soçi və ya Adler şəhəri olan erməni muxtariyyətini əldə etmək, həmçinin bu ərazilərlə yanaşı sonradan Abxaziyanın da de-yure Ermənistana birləşəcəyinə dair paylaşımı gürcülərin hiddətinə səbəb olub.