Ali Hərbi Məktəbin kursantları bu ildən 10 yeni ixtisas üzrə təhsil alırlar

2020/2021-ci tədris ilindən etibarən 1-ci kursa qəbul olan kursantlar ali təhsil bakalavr səviyyəsi ixtisaslarının təsnifatına müvafiq yeni 10 ixtisas üzrə ali təhsil alır.

Zafer TV Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin rəisi Fizuli Salahov deyib.

Onun sözlərinə görə, beynəlxalq təhsil standartlarına cavab verən tədris metodikası və vasitələri ilə kursantlara hərb elminin incəlikləri öyrədilir:

“Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində “xüsusi təyinatlı texnika və sistemlər” ixtisası üzrə bakalavr səviyyəsində mütəxəssislər hazırlanır. 2020/2021-ci tədris ilindən etibarən 1-ci kursa qəbul olan kursantlar ali təhsil bakalavr səviyyəsi ixtisaslarının təsnifatına müvafiq yeni 10 ixtisas üzrə ali təhsil alır. Məktəbdə 4 fakultə və 21 kafedra fəaliyyət göstərir. Beynəlxalq təhsil standartlarına cavab verən tədris metodikası və vasitələri ilə kursantlara hərb elminin incəlikləri öyrədilir”.

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support