“ASAN xidmət”in səyyar avtobusları ilə göstərilən xidmətlərin sayı açıqlandı

2020-ci il ərzində səyyar “ASAN xidmət” avtobusları vasitəsilə 2020-ci ildə ümumilikdə 144 067 müraciətdən 134 207 müraciət xidmətlə təmin edilmişdir.

Zafer TV Trend-ə istinadən bildirir ki, göstərilmiş xidmətlər üzrə səyyar avtobuslarda Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsinin verilməsi və dəyişdirilməsi xidmətinə 69 807, ümumvətəndaş pasportunun verilməsi və dəyişdirilməsi xidmətinə 18 376, sürücülük vəsiqəsinin dəyişdirilməsi xidmətinə 1 356, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək pensiyalarının təyin edilməsi xidmətinə 836, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin daşınmaz əmlakla bağlı əməliyyatların qeydiyyatı xidmətinə 2 693, Ədliyyə Nazirliyinin notariat xidmətinə 32 944, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı xidmətinə 6 810, funksional yardımçı xidmətlərə isə 11 245 vətəndaş müraciəti qeydə alınmış, bundan əlavə müraciət etmiş vətəndaşlara xidmətlərlə bağlı yerində məsləhətlər verilmişdir.

Hesabat dövründə səyyar avtobuslar vasitəsilə vətəndaşlara 22 624 şəxsiyyət vəsiqəsi, notariat fəaliyyəti üzrə 22 453 sənəd, 7 013 ümumvətəndaş pasportu verilmiş, əmək pensiyalarının təyin edilməsi xidməti üzrə 2 sənəd, sürücülük vəsiqəsinin dəyişdirilməsi xidməti üzrə 1 140 sənəd, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üzrə isə 1 260 sənəd, daşınmaz əmlakla bağlı əməliyyatların qeydiyyatı zamanı 250 sənəd, funksional yardımçı xidmətlər üzrə isə 10 120 sənəd verilmişdir.

2020-ci il Bakı və Sumqayıt şəhərlərində sifarişli əsaslarla həyata keçirilən səyyar xidmət üzrə ümumilikdə 2 171 müraciət qeydə alınmış və xidmət göstərilmişdir. Onlardan 389-u kənardan qulluğa ehtiyacı olan əlilliyi olan şəxs, 7-i sağlamlıq imkanları məhdud olan uşaqlar, 1 775-i isə digər vətəndaşlar olmuşdur.

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support