Ata 16 yaşlı qızını küçədə bıçaqladı – Hadisə anı kamerada – VİDEO – FOTO

Küçədə bıçaqlanma anı kameraya düşüb.

Zafer TV Milli.Az-a istinadla bildirir ki, atanın 16 yaşlı qızını küçədə hər kəsin gözü qarşısında boğazından bıçaqlaması yaxınlıqdakı mağazanın təhlükəsizlik kamerasına düşüb.

Olay Türkiyənin Afyonkarahisar vilayətində yaşanıb. Hadisənin səbəbləri bəlli deyil.

Kişinin qızını bıçaqladıqdan sonra heç nə olmamış kimi vecsiz hərəkəti diqqətdən yayınmayıb.

Qız dərhal xəstəxanaya çatdırılıb. Cinayəti törədən Oktay U. polis tərəfindən saxlanılıb.

Cinayətlə bağlı araşdırma davam etdirilir.

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support