Hulusi Akardan Zakir Həsənova qardaş payı… – FOTO

Qarsda keçirilən “Qış təlimi-2021” birgə təlimi çərçivəsində Türkiyənin milli müdafiə naziri Hulusi Akar və Azərbaycanın müdafiə naziri Zakir Həsənov komanda məntəqəsində olub və təlimin gedişi barədə məlumat alıblar.

Zafer TV Trend-ə istinadən bildirir ki, Türkiyə Milli Müdafiə Nazirliyinin “Twitter” hesabında bildirilib.

Bundan başqa, nazirlər səhra çörəkbişirmə sexində olub. H.Akar azərbaycanlı həmkarına orada bişən çörəyi təqdim edib.

Daha sonra nazirlər təlimdə iştirak edən hərbçilərin andını dinləyiblər.