Neymar “Barselona” ilə oyun öncəsi zədələndi

PSJ-nin futbolçusu Neymar zədələnib.

Zafer TV qol.az-a istinadən xəbər verir ki, braziliyalı hücumçu Fransa kubokunun 1/32 final mərhələsində “Kan”la matçın (1:0) 56-cı dəqiqəsində sıradan çıxıb. Rəqib komandanın müdafiəçisi Yoel Armuqomun kobud oyunundan sonra 25 yaşlı futbolçu əvəzlənməli olub. Onun bərpa müddəti hələ məlum deyil.

Qeyd edək ki, PSJ Çempionlar Liqasının 1/8 finalında fevralın 16-ı səfərdə “Barselona” ilə qarşılaşacaq.