“Qış təlimi-2021”də Müşahidəçi günü başlayıb – VİDEO

Türkiyənin Qars vilayətində keçirilən “Qış təlimi-2021” adlı birgə təlimlər çərçivəsində Müşahidəçi günü başlayıb.

Zafer TV Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi “Twitter” səhifəsində yazıb.

Məlumata əsasən, bugünkü təlim zamanı F-16 qırıcıları vı pilotsuz uçuş aparatları müəyyən edilmiş hədəflərə dəqiq zərbələr endirib.