Siyavuş Novruzov DİN-i məhkəməyə verəsi olmadı – SƏBƏB

Milli Məclisin deputatı Siyavuş Novruzov Daxili İşlər Nazirliyini məhkəməyə vermək niyyətindən daşınıb.

Bu barədə Unikal.org-a Siyavuş Novruzovun özü məlumat verib. O bildirib ki, Daxili İşlər Nazirliyinin əməkdaşlarının həm pandemiya dövründə, həm də Vətən Müharibəsi zamanı göstərdikləri fədakarlığa görə bu qərara gəlib.