Türkiyədə peyvəndlərin ikinci dozası vurulur

Türkiyədə koronavirusa qarşı peyvəndləmə prosesinin ikinci mərhələsi başlayıb.

Zafer TV  Trend-ə istinadən bildirir ki, bu gündən etibarən daha əvvəl peyvəndlənmiş şəxslərə vaksinin ikinci dozası vurulacaq.

Qeyd olunur ki, iki doza arasında müddət 28 gün davam edir.

Ölkədə bugünədək peyvəndlənənlərin sayı 3 milyona çatıb.