“Xərçəng xəstəsiyəm” yalanı ilə 71 min yığıb istirahətə yollandı – FOTO

Xərçəng xəstəsiyəm yalanı ilə 71 min dollar pul yığıb lüks həyat tərzi yaşayan qadının məhkəməsi baş tutub.

Zafer TV Milli.Az-a istinadla xəbər verir ki, insanların xeyirxahlığından istifadə edərək yığdığı 71 min dolları istirahəti üçün xərcləyən 42 yaşlı ingilis Nicole Elkabbas həbs olunub.

Xərçəng xəstəliyindən əziyyət çəkdiyini iddia edərək xəstə yatağında şəklini səhnələşdirən Nicole Elkabbasa hökm oxunarkən göz yaşlarına hakim ola bilməyib.

Məhkəmədə bildirilib ki, səhhəti ilə bağlı hər hansı problemi olmayan Nikol yığılan pulları qumara, biletlərə, bahalı geyimlərə xərcləyib.

Zafer TV onun fotolarını təqdim edir:

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support