Zəngəzurdakı rusiyalı sərhədçi Azərbaycanla bağlı sirrin üstünü açıb – İrəvan nəyi gizlədir?

“Bir neçə gün əvvəl sabiq baş nazir Qrant Baqratyan bildirdi ki, Sünikdə (Zəngəzurda) rusiyalı sərhədçi onunla söhbətdə üçtərəfli 10 noyabr bəyanatı əsasında ortaya çıxan 6 bəndlik memoranduma istinad etdiklərini deyib. Ancaq Ermənistan hökuməti bu barədə susur, söhbətin hansı memorandum olduğunu xalqa açıqlamır. Deputatlardan biri parlamentdəki hökumət saatında bu barədə sual verib. Baş nazirin müavini Tiqran Avinyan bildirib ki, suala cavab vermək dövlət sirrini açmaqdır və o, bunu parlamentin tribunasından edə bilməz”.

Zafer Tv Cebhe.info- a istiandən xəbər verir ki, xəbər verir ki, bu sözəri öz “Facebook” səhifəsində “Enaket” analitik mərkəzinin rəhbəri, separatçı rejimin ” prezidentinin təhlükəsizlik üzrə müşaviri” olmuş Tiqran Abramyan yazıb.

O bildirib ki, baş nazirin müavini belə müzakirələrin ictimaiyyətə açıq şəkildə aparılmasının doğru olmadığını deyib. Baş nazirin müavini detallar üçün müvafiq komissiyalarda görüşlərin, dinləmələrin, Müdafiə Nazirliyi, Baş Qərargah, Milli Təhlükəsizlik Xidməti rəsmilərinin iştirakı ilə müzakirələrin keçirilməsini mümkün hesab edib:

“Beləliklə də o, faktiki olaraq belə bir sənədin olduğunu inkar etməyib. Ancaq onu da bildirib ki, dövlət sirri ilə bağlı olan hansısa problem var. Hansı problem ola bilər? Azərbaycanla müharibə şəraitində olan bir ölkə Azərbaycana hansısa dövlət sirri ilə bağlı problem yaşamır, saziş və ya memorandum əldə edir, ancaq onu erməni ictimaiyyətinə açıqlamaq ölkənin təhlükəsizliyinə təhdid olur? Görünən odur ki, Azərbaycan tərəfi məhz bu razılaşmaya əsasən GPS əldə edib və Ermənistan tərəfini razı salıb. Əgər bu, milli təhlükəsizlik məsələsidirsə, o zaman ən azından ümumi məlumat verilməsi vacib idi. Ermənistan hökuməti isə bunu etməyib və beləliklə də müxtəlif şaiyələrin yaranmasına da rəvac verib”.

Xatırladaq ki, baş nazirin ümavini Tiqran Avinyan David bəy-Gorus yolu ilə bağlı da razılaşma olduğunu deyib.