Azərbaycanda koronavirusa yoluxanların sayı artdı

Azərbaycanda son sutkada koronavirusa 191 yeni yoluxma faktı qeydə alınıb, 226 nəfər müalicə olunaraq sağalıb.


Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.


Azərbaycanda indiyədək ümumilikdə 231 840 nəfər koronavirus infeksiyasına yoluxub.


Onlardan 226 345 nəfər müalicə olunaraq sağalıb, 3173 nəfər vəfat edib, aktiv xəstə sayı 2322 nəfərdir.

Ölkədə son sutka ərzində 7260, hazırkı dövrədək isə 2 485 483  test aparılıb.

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support