Azərbaycanın bu kəndində kimin əzizi vəfat edirsə, ehsan əvəzinə yol çəkdirir

Bu günlərdə Şəmkirin Dəllər Cəyir kənd sakinləri örnək addıma imza atıblar.

Zafer TV Demokrat.az-a istinadən xəbər verir ki, kəndin xeyriyyəçi insanları vəfat edən yaxınlarının ehsanına dəbdəbəli süfrə təşkil etməkdənsə, kəndin iki mərkəzi küçəsini təmir edərək kənd sakinlərinin istifadəsinə veriblər.

Bu gün isə daha bir Dəllər Cəyir kənd sakini vəfat edən yaxınının ehsanına küçə təmir etdirib.

Artıq yas mərasimlərində dəbdəbəli süfrə əvəzinə xeyriyyə işləri görmək bu kənddə xeyrixah ənənəyə çevirilib.

Bir neçə ildir Şəmkir rayonunda milli-mənəvi dəyərlərimizdən olan yas mərasimlərinin sadələşdirilməsi istiqamətində ciddi addımlar atılır.
Çoxsaylı Şəmkir sakinlərinin müraciətindən sonra rayonda ehsan süfrələri sadə və hamının gücü çatan tərzdə verilir. Bu işi şəmkirlilər, xüsusilə ağsaqqallar yüksək qiymətləndirirlər.

Sevindirici haldır ki, bu ənənəni pozmağa cəhd edənlər elə sakinlərin özləri tərəfindən qınaq obyektinə çevrilir.(dominant.az)

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support