İqtisadi Şuranın fəaliyyət istiqamətləri müəyyənləşib

Azərbaycan Respublikasının İqtisadi Şurasının fəaliyyət istiqamətləri müəyyənləşib.

Zafer Tv AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının İqtisadi Şurası haqqında ƏSASNAMƏdə Şuranın fəaliyyət istiqamətləti aşağıdakı kimi göstərilir:

– ölkədə sosial-iqtisadi inkişafın ümumi strategiyasının formalaşdırılmasına dair təkliflər hazırlamaq;

– makroiqtisadi siyasət, makroiqtisadi və maliyyə sabitliyi, ortamüddətli xərclər çərçivəsinə dair tövsiyələr hazırlamaq;

– iqtisadiyyatda struktur və institusional islahatlar proqramlarının hazırlanmasına dair təkliflər vermək;

– iqtisadi sahədə normativ hüquqi aktların layihələrinin sosial-iqtisadi inkişaf strategiyası baxımından ekspertizasını keçirmək.