Nazirdən yeni təyinat:Vəliyev nöqsanlarına görə işdən çıxarıldı

Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsində Cinayət Axtarış İdarəsinin rəisi Cəbrayıl Vəliyev vəzifəsindən azad edilib.

Zafer TV xəbər verir ki, Report-a əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, C.Vəliyev xidməti fəaliyyətində yol verdiyi nöqsanlara görə işdən çıxarılıb.

Qeyd edək ki, C.Vəliyev daha əvvəl Salyan Rayon Polis Şöbəsinin rəisi vəzifəsində çalışıb.

Xatırladaq ki, C.Vəliyev Prezident Administrasiyasının ləğv olunmuş İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənоvun qaynıdır.

Oxşar xəbərlər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.