“Azərbaycan Türkiyə ilə birlikdə Aya kosmonavt göndərə bilər” – AÇIQLAMA

Türkiyənin kosmosla bağlı hədəflərini açıqladı və 2023-cü ilə qədər Aya kosmonavt göndərəcəklərini bildirdi.

Rusiya kosmik agentliyi də öz növbəsində bu sahədə Türkiyə ilə əməkdaşlıq münasibətlərinin qurulmasından məmnun olacağını bildirən açıqlama ilə çıxış etdi.

Maraqlıdır, qonşu ölkə ilə əməkdaşlıq edərək Azərbaycanın da kosmik sahədə daha böyük addımlar atması mümkündürmü?

Məsələ ətrafında Sfera.az-a danışan Multimedia İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz kosmik sahədə əməkdaşlığın qurulmasının uğurlu nəticə verəcəyini bildirib:

“Artıq 2007-2008-ci illərdən etibarən Azərbaycan kosmik sahə ilə bağlı olan məsələlərə ciddi önəm verir. Bizdə bu sahə ilə bağlı böyük dövlət proqamı var. Artıq bizim 3 peykimiz, bununla məşğul mütəxəssislərimiz, idarəetmə mərkəzlərimiz mövcuddur. Bu baxımdan düşünürəm ki, Türkiyə ilə Azərbaycanın kosmik sahədə iş birliyinin olması faydalı nəticə verərdi.

Bizim aramızda təcrübə mübadiləsi, kadrların hazırlanması ilə bağlı məsələlər kimi xeyli ortaq nöqtələr tapmaq olar. Yaxın gələcəkdə Azərbaycan Türkiyə ilə əməkdaşlıq çərçivəsində kosmosa kosmonavt göndərə biləcək texnoloji gücə malikdir”.

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support