Bu ədviyyatların qarışığı virusları öldürür, immuniteti gücləndirir

Bəzi bitkilərin faydalı xüsusiyyətlərinə görə mütəmadi istifadə olunmalıdır. Hətta bir çimdik sadə ədviyyat immunitet sistemini gücləndirməyə, hüceyrə iltihabını azaltmağa, toksinlərin bədəndən təmizləməyə və arıqlamağa kömək edir.

Mətbəxdə ən çox yer alan ədviyyatlar haqqında oxuyun və onları sevimli yeməklərinizə əlavə etməkdən çəkinməyin!

Zafer Tv lent.az-a istinadən həmin ədviyyatlar haqqında məlumat verir:

Rozmarin Qədim dövrlərdə rozmarin bitkisi məhsuldarlığın, firavanlığın rəmzi hesab olunurdu. Hələ indi də bəzi ölkələrdə gənclərə xoşbəxtlik və firavanlıq üçün rozmarin çiçəyi vermək ənənəsi qorunub saxlanılmışdır.

Kəklikotu Antioksidan aktivliyi baxımından E vitamini ilə bərabər olan çox faydalı bir bitkidir.

Zərdəçal(Sarıkök)Bu, faydalı xüsusiyyətləri qiymətləndirilməməsi lazım olan zəncəfil ailəsinin bitkisidir. Ən son məlumatlara görə ədviyyatın tərkib hissəsi olan curcumin xərçəng hüceyrələrini məhv etməyə kömək edir.

Adaçayı Soyuqdəymə və boğaz ağrısının öhdəsindən gəlməyə mükəmməl kömək edən ədviyyat.

İstifadəsi: Bu ədviyyatları eyni miqdarda goturub şüşə və ya saxsı qabda qarışdırın, yeməklərdə, salatlatda və ya suya qatıb istifadə edin