Sumqayıtın mərkəzi küçəsinə Polad Həşimovun adı verildi – FOTO

Sumqayıt şəhərində küçələrdən birinə şəhid general-mayor Polad Həşimovun adı verilib.

Zafer Tv Milli.Az- a istinadən bildirir ki, bu barədə Sumqayıt İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov müvafiq sərəncam imzalayıb. Generalın adını daşıyan küçə şəhərin mərkəzi küçələrindən biridir.

Qeyd edək ki, P.Həşimov 2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhid olub. O, iyulun 15-də II Fəxri xiyabanda dəfn olunub.

2020-ci il dekabrın 9-da Prezident İlham Əliyevin sərəncamı ilə P.Həşimova Azərbaycanın Milli Qəhrəman adı verilib.